Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər etiraf etdi: Müharibə vaxtı zəncirlənən erməni əsgərləri barədə deyilənlər həqiqətdir 

Caliber.Az-ın məlumatına görə, erməni bloqer Roman Baqdasaryan özünün “YouTube” kanalında Qarabağdakı 44 günlük müharibə zamanı döyüşlərdə iştirakdan yayınmağa çalışan və əsgərlərini tərk edərək qaçan erməni zabitlərinin qorxaqlığından bəhs edib.

“Məhz buna görə Ermənistandan olan əsgərlər zabitlərin mütəmadi yoxluğundan danışıb. İndi aydındır ki, niyə Hadrut yaxınlığında zəncirlənmiş erməni əsgərləri tapılıb. Bakıda nümayiş olunan manikenlər azərbaycanlıların fantaziyası deyil! Bu qorxaq zabitlərin öz əsgərlərinə münasibəti barədə dəhşətli həqiqətdir”, - deyə proqramda bildirilir.

Belə görünür ki, erməni zabitləri əsgərləri zəncirləyərək ruh düşkünlüyü yaşayan Ermənistan ordusunda daim baş verən fərariliyin qarşısını almağa çalışıblar.

Buraxılışda qeyd olunur ki, Hadrutdakı (o cümlədən Suqovuşandakı) erməni bölmələri müharibədən əvvəl də həmişə qarət, oğurluq və əsgərlərin döyülməsi faktları ilə məşhur olub.

“Müharibənin başlamasından bir neçə gün sonra Araik Arutyunyan (vaxtilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz erməni təşkilatının başçısı) 5000 Qarabağ ermənisini axtarışa verdi. Bunlar 18-55 yaşlı kişilər idi. Bu insanlar gəncləri qan içində səngərdə tərk edərək qaçırdılar. Qarabağdan ilk olaraq Arutyunyanın komandasının üzvləri qaçıb. Qarabağlı məmurların restoranlarda necə əyləndiyi ilə bağlı fotolar yayılıb”, - deyə buraxılışda vurğulanıb.

Müəllif Ermənistanda Serj Sarqsyan və Robert Koçaryanın (Ermənistanın keçmiş dövlət başçıları) bütün prezidentlikləri dövründə bir dənə belə peyk buraxılmadığıni, Azərbaycanda isə həmin müddətdə bunun əksi olduğunu qeyd edib. Bu səbəbdən Azərbaycan hər şeyi müşahidə edirdi, Ermənistan isə peykin olmamasına görə kor-təbii vuruşurdu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Ən çox oxunanalar